Sərvəti 850 milyard dollara çatan ilk milyarder oldu
Amerikalı iş adamı İlon Mask sərvəti 850 milyard dolları keçən ilk milyarder olub.
Patrul.az xəbər verir ki, iş adamı bu rekorda kosmik, avtomobil və süni intellekt sektorlarına yatırımları, eləcə də həyata keçirdiyi birləşmələr nəticəsində nail olub.
Maskın ümumi sərvəti, xüsusilə kosmik nəqliyyat şirkəti “SpaceX” ilə süni intellekt startapı “xA”I-ın birləşməsindən sonra yeni zirvəyə yüksəlib. Bu iki şirkətin birləşdirilmiş aktivləri Maskın şəxsi sərvətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Məlumata görə, ümumi dəyəri 1,25 trilyon dollar olan “SpaceX” və “xAI”ın birləşməsi nəticəsində Maskın xalis sərvəti tək bir əməliyyatla təxminən 84 milyard dollar artaraq 850 milyard dolları keçib.
Onun Tesla şirkətindəki səhmləri də sərvətinin mühüm hissəsini təşkil edir.
Beləliklə, daha əvvəl sərvəti 800 milyard dollara çatan İlon Mask hazırda 850 milyard dollarlıq həddi də geridə qoyub.






