media-inshot_20250826_113013426

Ötən gün Laçında IX “Muğam” Televiziya Müsabiqəsinə yekun vurulub.

Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 8–16 yaş arasında yeniyetmələr arasında birinci yerə xanəndə Əhəd Ağayev layiq görülüb.

9 yaşlı xanəndə Azərbaycan tamaşaçısına tanış simadır. Belə ki, Əhəd və onun daxil olduğu muğam üçlüyü Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Ağdam Muğam Mərkəzinin açılış konsertində böyük maraq doğurmuşdu.

Azyaşlı ifaçılar “Qarabağ şikəstəsi”ni səhnədə təqdim edərkən dövlət başçısı duyğulanmış və onları ayaq üstə alqışlamışdı. Daha sonra Prezident və Birinci xanım səhnəyə qalxaraq hər üç ifaçı ilə tək-tək görüşərək təbrik etmişdi


Bənzər xəbərlər