Seyfəddin Hüseynli Səfərov qardaşlarının qətli ilə bağlı danışdı
Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı qətlə yetirilən azərbaycanlılar – Ziyəddin və Hüseyn Səfərovların qardaşı, jurnalist Seyfəddin Hüseynli hadisə ilə bağlı açıqlama verib.
Patrulaz.az xəbər verir ki, bu barədə o, meyitlərin tanınması üçün dəvət olunduğu məhkəmə-tibbi ekspertiza zamanı gördüklərini paylaşarkən bildirib.
“Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş qardaşlarımın meyitlərini tanımaq üçün dəvət olunduğum məhkəmə-tibbi ekspertiza zamanı dəhşətli mənzərənin şahidi oldum. Onların cəsədlərindəki saysız-hesabsız işgəncə izləri bir daha sübut edir ki, Rusiya tərəfinin qardaşlarımın ölüm səbəbi ilə bağlı uyduraraq yaydığı məlumat tamamilə absurddur”, – S.Hüseynli bildirib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə əməliyyat keçirib. Əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları həlak olublar.