"Siyəzəndə sel körpünü uçurdu, alternativ yoldan istifadə edin" - AAYDA
Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci kilometrində, Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.
Patrul.az xəbər verir ki, hadisə ilə əlaqədar əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
Qurum sürücülərə alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci kilometrindən ayrılan Alxanlı yolundan istifadə etməyi tövsiyə edir.






