media-e83c67fe-15d3-4972-838e-b292b1f49015

Slovakiya hökuməti bir nəfərin ayı tərəfindən öldürülməsindən sonra ölkədəki qonur ayıların dörddə birinin güllələnməsi qərarını qəbul edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, mərkəzi Slovakiyada bir kişinin ayı tərəfindən öldürülməsindən sonra 1300 qonur ayının 350-nin məhv edilməsi planını təsdiqləyib.

Hökumət bu addımın insanların meşələrə getməkdə qorxduqları üçün atıldığını bildirir.

Baş nazir Robert Fiko: “İnsanların meşəyə getməyə qorxduğu bir ölkədə yaşaya bilmərik”, -deyə açıqlama verib.

Şirkətin qərarı Slovakiyanın əksər hissəsini əhatə edən fövqəladə vəziyyətlə əlaqələndirilib.

Xatırladaq ki, Slovakiyada artan ayı hücumları və qarşılaşmalar hökumətin bu cür sərt tədbirlərə əl atmasına səbəb olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər