Somalidə Əl-Şəbab əməliyyatında 15 yaraqlı zərərsizləşdirilib
Somalidə “Əş-Şəbab” terror təşkilatına qarşı keçirilən əməliyyatda 15 yaraqlı öldürülüb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Somali hökumətindən verilən açıqlamada, Orta Şabelle bölgəsindəki Masaajid Cali Gaduud qəsəbəsində həyata keçirilən qurudan və havadan əməliyyatda aralarında “Beshiir Caadle” kimi tanınan Əl-Şəbab lideri Bəshiir Axmed Dhuxul’un da olduğu 15 silahlının zərərsizləşdirildiyi bildirilib.
Bashiir Caadle təşkilatın ifrat ideologiyasının yayılmasına və təşkilatlanmasına fəal töhfə verən ən mühüm liderlərdən biri olub. Onun ölümü terror qruplaşmasının rəhbərlik strukturunu ciddi şəkildə sarsıtdığı verilən bəyanatda qeyd olunub.