media-inshot_20251028_110304723

Son zamanlar sosial medianın insan psixologiyasına təsiri haqqında çox danışılır. Xüsusilə, bu platformalarda mübahisələr, təhqirlər və aqressiv davranışların artması diqqət çəkir. İnsanlar bəzən real həyatda deməyəcəkləri sözləri virtual məkanda rahatlıqla ifadə edir, anonimlik və məsafə hissi isə məsuliyyət duyğusunu azaldır.

Maraqlıdır ki, bütün bunlar əsasında sosial medianın insan aqressiyasını artırmasına səbəb nədir?

Bu barədə psixoloq Nizami Orucov Patrulaz.az-a açıqlamasında bildirib ki, sosial media anonimlik səbəbindən insanların daha aqressiv davranmasına gətirir:

“Son illərdə sosial media həm ifadə azadlığının, həm də aqressiyanın artdığı bir platformaya çevrilib. Araşdırmalar göstərir ki, internetdə anonimlik, diqqət istəyi və emosional yüklənmə insanların real həyatda deməyə cəsarət etmədikləri fikirləri daha sərt formada ifadə etmələrinə səbəb olur. Psixoloqlar bunu “onlayn deindividuasiya effekti” ilə izah edirlər: Yəni, insan öz kimliyini gizlətdikcə məsuliyyət hissi azalır və impulsiv davranışlar güclənir”.

media-va7d9lyuyzc2tt7exexxm7njorcuabs4niaihxtg

Psixoloq vurğulayıb ki, sosial media həm aqressiyanı artırır, həm də insanlara emosional boşalma imkanı yaradır:

“Başqa sözlə, sosial media insanların qəzəbini daha asan və nəzarətsiz şəkildə ifadə etməsinə şərait yaradır.Bununla yanaşı, aqressiyanın artması yalnız fərdi məsələ deyil. Algoritmlər də emosional və qalmaqallı paylaşımları daha çox önə çıxarır, çünki belə məzmunlar diqqət çəkir və daha çox qarşılıqlı təsir yaradır. Nəticədə, sosial media təkcə aqressiyanı ifadə etmək üçün deyil, həm də onu qidalandıran sistemə çevrilir.Amma hər proses yalnız neqativ nəticəli deyil. Sosial media həm də insanların duyğularını paylaşaraq emosional boşalma tapmasına, sosial dəstək qazanmasına və ictimai həyatda iştirak etməyə imkan yaradır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər