media-inshot_20250721_194516721

Süni intellekt texnologiyalarının axtarış nəticələrini xülasə şəklində təqdim etməsi media, maliyyə və e-ticarət sahələrində fəaliyyət göstərən veb saytların ziyarətçi sayında azalmaya səbəb olub.

Patrulaz.az xəbər verir ki, ABŞ-də aparılan araşdırmalara əsasən, axtarış trafikində ciddi geriləmələr müşahidə olunur.

Səyahət saytlarında axtarışdan gələn ziyarətlərin sayı 20 faiz, xəbər və media saytlarında isə 17 faiz azalıb.

Bundan əlavə, süni intellektin geniş istifadə edilməyə başlandığı 2022-ci ildən bəri Wikipedia-nın da gündəlik ziyarətçi sayı azalıb. Mart 2022-də 165 milyon olan gündəlik baxış sayı, 2025-ci ilin martında 128 milyona düşüb.

Yeni texnologiyaların inkişafı reklam gəlirlərinə əsaslanan biznes modellərini təhlükə altına sala bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər