Suriyada bir ailənin bütün üzvü güllələnərək öldürüldü - VİDEO
Suriyanın Süveyda şəhərində dəhşətli qətliam baş verib.
Patrulaz.az xəbər verir ki, yerli mənbələrin yaydığı məlumata görə, bir Dürzi ailəsinin bütün üzvləri amansızcasın gülləyə tutulub. Hadisə nəticəsində ABŞ vətəndaşı olan bir şəxsin də həyatını itirdiyi bildirilir.
Aktivistlər qətliamın Suriya rejiminə bağlı Əl-Şəraa hərbi birləşməsinin bəzi üzvləri tərəfindən törədildiyini iddia edirlər. Sosial şəbəkələrdə yayılan və hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyən görüntülər @sweidamassacres adlı hesab vasitəsilə paylaşılıb.
Həmin dəhşətli görüntüləri təqdim edirik:






