“Survivor 2020” qalibinin narkotik testi nəticələri açıqlandı
Türkiyədə narkotiklə bağlı aparılan istintaq çərçivəsində barəsində həbs qərarı verilən “Survivor 2020” qalibi Nisa Bölükbaşı narkotik testinin nəticələrini paylaşıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Anadolu Respublikası Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan istintaq zamanı ABŞ-də olarkən haqqında həbs qərarı çıxarılan Nisa Bölükbaşı ilə bağlı vəkili Berkan Molla sosial media hesabında açıqlama yayıb.
Açıqlamada bildirilir ki, müvəkkilinin adı ətrafında yayılan xəbərlərə aydınlıq gətirilməsi zərurəti yaranıb. Qeyd olunub ki, hazırda ABŞ-də yaşayan Nisa Bölükbaşı vətəndaşlıq prosedurları səbəbindən Türkiyəyə səfər edə bilməsə də, 02 fevral 2026-cı il tarixində ABŞ-də akkreditə olunmuş laboratoriyada saç nümunəsi əsasında 13 panelli narkotik və uyarıcı maddə üzrə testdən keçib. 03 fevral 2026-cı il tarixli hesabatda bütün nəticələrin mənfi olduğu müəyyən edilib. Həmin sənədin səlahiyyətli qurumlara təqdim olunacağı bildirilib.
İstintaq çərçivəsində xaricdə olan 9 nəfər – Enes Batur Sungurtekin, Barış Murat Yağcı, Ecenaz Üçer, Kemal Can Parlak, Çağrı Taner, Turqut Ekim, Barbaros Dikmen, Yaren Alaca və Nisa Bölükbaşı barəsində həbs qərarı çıxarılmışdı.
Prosedurlar başa çatdıqdan sonra isə 11 şübhəlinin hamısı fevralın 1-də sərbəst buraxılıb.

Gülbəniz Səfərova






