Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov işdən çıxıb.

Patrulaz.az-ın məlumatına görə, o, bununla bağlı Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib.

Mədəniyyət Nazirliyi “Report”a faktı təsdiqləyib.

Bildirilib ki, Loğman Kərimov öz xahişinə əsasən vəzifəsindən azad edilib.