media-img_8665

ABŞ-ın Oreqon ştatında təyyarə uçuş-enmə zolağından çıxaraq suya çırpılıb.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Cənub-Qərbi Oreqon Regional Hava Limanı qəza ilə bağlı açıqlama verib.

Açıqlamada, Oreqondan Yutaya getməyə hazırlaşan 2019 model ‘HA-420’ tipli təyyarənin səhər saatlarında hava limanının uçuş-enmə zolağından çıxaraq suya düşdüyü bildirilib.

Açıqlamada təyyarənin daha sonra sudan çıxarıldığı və qəzada yaralanan 5 nəfərin xəstəxanaya aparıldığı bildirilib.


Bənzər xəbərlər