media-inshot_20260219_150152167

Dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində doğma meydanda keçirilən”Qarabağ” – “Nyukasl” matçı gözlənilməz nəticə ilə yekunlaşdı. İngiltərə təmsilçisi “Qarabağ”a 6 qol vurdu. Üstəlik o qoldan 4-nün müəllifi isə sadecə bir futbolçu – Entoni Qordon oldu. Bu nəticə azarkeşlər arasında ciddi müzakirələrə səbəb oldu. Oyun ərzində nümayiş olunan dinamika, taktiki yanaşma və futbolçuların fərdi performansı diqqətdən yayınmadı. Matçın nəticəsi ilə yanaşı, meydandakı mübarizə ruhu və texniki səhvlər də futbol ictimaiyyətində müxtəlif fikirlərin formalaşmasına yol açdı. Oyundan sonra isə rəqibin baş məşqçisi cavab matçının daha ciddi olacağını söyləyib. Bundan daha ciddi nə ola bilər ki?…

Dünənki oyunla bağlı Patrul.az-a öz fikrini bölüşən futbol eksperti Emin Abbasovun fikrincə, rəqib komandadan matçın ilk dəqiqələrində vurulan qollar “Qarabağ”ın oyunçuları arasında panikaya səbəb oldu:

media-inshot_20260219_150110330

“Nə qədər ağır olsa da, gerçəkliklə barışmaq lazımdır. Belə rəqiblərə qarşı oynamağımız çox çətindir. Səviyyə fərqi böyükdür, az qala yerlə göy qədər… “Qarabağ”ın futbolçularının tez buraxılan qolların şokundan ayıla bilməməsi də öz təsirini göstərdi. Sadə dildə desək, xüsusən müdafiə xəttindənki panikanı yığıb-yığışdırmaq mümkün olmadı. Bu da bir dərsdir. Amma istənilən halda Qurban Qurbanova da, “Qarabağ”a da təşəkkür düşür. Tək futbolda deyil, idmanda da, həyatda da hərənin gücü bir yerə qədərdir. Tarixi nəticə ilə yanaşı, həm də böyük təcrübə qazandı bu mövsüm “Qarabağ”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər