Toğanalı-Kəlbəcər-İstisu yolunda qar uçqunu baş verib, hərəkət məhdudlaşdırılıb - VİDEO
Bu gün günorta saatlarında Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb.
Nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qar kütləsi ilə örtülüb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Patrul.az-a bildirilib ki, hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılıb. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolundan istifadə etsinlər.






