Traktora qoşulan yem maşını işçinin həyatına son qoydu
Türkiyədə kənd təsərrüfatı işçisi yem qarışdırıcı maşında həyatını itirib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Çorumun Alaca rayonunda əkinçiliklə məşğul olan 43 yaşlı kişi traktora qoşulan yem qarışdırıcı maşında təmizlik işləri apararkən qəfil maşının içərisinə düşüb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası və xilasedicilər onun həyatını xilas edə bilməyib.
Qeyd edək ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Gülbəniz Səfərova