Tramp: Bizim heç kimin bilmədiyi silahlarımız var
Tramp dünən axşam “Oval Ofisdə” icra sərəncamı imzalanma mərasimindən sonra mətbuat mənsublarının aktual məsələlərlə bağlı suallarını cavablandırıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Çin dövlət başçısı Xi Jinping-i “ağıllı adam” olaraq xarakterizə edib və nəticədə çox yaxşı bir razılaşma əldə edəcəklərini vurğulayıb.
Tariflərə 90 gün fasilə vermə qərarını dünən səhər öz təşəbbüsləri ilə aldıqlarını ifadə edən ABŞ prezidenti, tarif fasiləsinin bazarlara bu qədər təsir edəcəyini bilmədiyini bildirib.
Çin Dövlət Başçısı Xi ilə nə vaxtsa telefonla danışacağını deyən Tramp həmkarını sevdiyini və hörmət etdiyini bildirsə də, ABŞ-la yaxşı rəftar etmədiyini müdafiə edib. Tramp ədalətli olarsa, Çin də daxil olmaqla, hər kəslə gömrük və ticarət müqavilələri bağlamağa hazır olduqlarını bir daha vurğulayıb.