media-55275859-4097-4e3a-ad26-48ba05f864cb

ABŞ Prezidenti Donald Tramp aprelin 2-də ölkəyə idxal edilən bütün mallara 10% əsas rüsum tətbiq edəcəyini açıqlayıb.

Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bəzi ölkələr üçün bu tariflər daha yüksək olacaq: məsələn, Çin üçün 34%, Vyetnam üçün 46% nəzərdə tutulub. Bu addımın məqsədi ABŞ-ın ticarət balansını yaxşılaşdırmaq və yerli istehsalı gücləndirməkdir.

Xatırladaq ki, Tramp administrasiyası fevral ayında Kanada və Meksikadan idxal edilən mallara 25% tarif tətbiq etmişdi. Bu yeni tariflər isə ABŞ-ın ticarət siyasətində daha geniş dəyişikliklərin bir hissəsidir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər