media-screenshot_20251013_211057_gallery

ABŞ Prezidenti Donald Tramp Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitindəki  tarixi an zamanı Prezident İlham Əliyevlə, Ermənistanın Baş naziri Nikol Paşinyanı işarə edib.

Patrulaz.az xəbər verir ki, sənədin imzalanma mərasimi ərəfəsində Tramp sammitdə Azərbaycan və Ermənistan arasında müharibəyə son qoyulmasından danışıb və üzünü Prezident İlham Əliyevə tutaraq onun güclü lider olduğunu söyləyib:

“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardılar, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”,-deyə Tramp söyləyib.


Bənzər xəbərlər