media-inshot_20260205_093450351

Bütün medianın diqqət mərkəzində olan ABŞ Prezidenti Donald Trampın şərəfinə bu dəfə onun adına qızıldan nəhəng abidə ucaldılıb.

Patrul.az xəbər verir ki, dəyəri 508 000 – 510 000 manat civarında qiymətləndirilən, tamamilə qızılla cilalanmış nəhəng heykəlin hündürlüyü təxminən 6–7 metrdir.

Heykəl Trampın “güclü lider” imicini və Amerika siyasətinə təsirini simvolizə etmək məqsədilə xüsusi dizayner qrupu tərəfindən hazırlanıb.

Məlumata görə, abidənin inşasında heç bir dövlət vəsaiti və ya vergi ödəyicilərinin pulu istifadə olunmayıb. Layihənin maliyyələşdirilməsi Tramp tərəfdarları və kripto investorlar tərəfindən toplanan özəl ianələr hesabına həyata keçirilib.

Qeyd edək ki, abidənin harada ucaldılacağı hələlik dəqiqləşməyib. Müxtəlif mənbələrə əsasən, heykəlin gələcəkdə Trampa məxsus golf kurort komplekslərindən birində və ya dünya liderlərinin qatıldığı iri beynəlxalq tədbirlərdən birində nümayiş etdirilməsi mümkündür.


Bənzər xəbərlər