Trampın elçisi, Putinin planı, Ukraynanın taleyi…
ABŞ və Ukrayna rəsmiləri Rusiyanın artan hücumları ilə bağlı Parisdə vacib danışıqlar aparacaq.
Patrulaz.az “CNN” istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio və Trampın elçisi Stiv Vitkoff cümə axşamı Ukraynalı həmkarları ilə görüşəcək. Görüşün məqsədi Ukraynanın müdafiəsini gücləndirmək və atəşkəslə bağlı irəliləyiş əldə etməkdir.
Ukraynanın xarici işlər naziri Andrey Yermak bildirib ki, nazirlər Avropanın təhlükəsizliyi üçün kritik məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Kiyev Tramp administrasiyasının Rusiyayönlü münasibətindən narahatdır. Vitkoffun Putinə yaxın təklifləri və Krım daxil beş bölgə üzərində sülh planı bu narahatlığı gücləndirib.
Həmçinin də, Fransa Prezidenti Makronun ev sahibliyi etdiyi sammit həm də Avropaya Trampın müharibə ilə bağlı mövqeyini ölçmək imkanı verir.
Ukrayna hökuməti isə bildirib ki, əvvəlki atəşkəs razılaşmalarına baxmayaraq, Rusiya hücumlarını artırıb.
Gülbəniz Səfərova