Türk dövlət başçılarının iştirakı ilə Füzulidə Türmənistanın təşəbbüsü ilə inşaa ediləcək məscidin təməli qoyuldu - VİDEO
Bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Türk dövlət başçıları Türkmənistanın təşəbbüsü ilə Füzildə məscidin təməlini qoyublar.
Patrulaz.az xəbər verir ki, Füzildəki məscidin inşaa prosesi TDT-yə üzv ölkələrinin liderləri tərəfindən onlayn formatda müşahidə edilib.
Prezident İlham Əliyev çıxışında Türmənistana məscidə görə təşəkkür edib:
“Əziz qardaşım, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Qarabağa səfəri zamanı Füzildə Türkmənistan tərəfindən məscidin tikintisini təklif edib. Biz bu hədiyyəyə görə qardaş Türkmənistana təşəkkür edirik”.






