Türkiyə rəsmiləri ilə birlikdə Qəbələyə gələ Ərdoğanı Azərbaycan rəsmiləri qarşıladı - FOTOLAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana gəlib.
Patrulaz.az xəbər verir ki, Türkiyə liderini Qəbələ Beynəlxalq Hava Limanında qarşılamaq üçün fəxri qarovul dəstəsi düzülüb.
Ərdoğanı hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Emrullayev, Qəbələ vilayətinin valisi Səbuhi Abdullayev, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və Türkiyənin Bakıdakı səfiri Birol Akgün qarşılayıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Qəbələyə çoxsaylı yüksək vəzifəli rəsmilər səfər edib.
Onların arasında Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Ticarət Naziri Ömər Bolat, Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu, AK Partiya Sədr müavinləri Hayati Yazıcı, Kürşad Zorlu, Leyla Şahkan Yeri Usta, Prezident Aparatının kommunikasiya direktoru Burhanəddin Duran, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, MHP-nin baş katibi İsmət Büyükataman, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım və AK Partiya İstanbul Millət vəkili Derya Ayaydın yer alır.
Ölkəmizin ev sahibliyi etdiyi “Regional Sülh və Təhlükəsizlik” mövzusunda keçiriləcək sammitdə Ərdoğanın iştirakçılar qarşısında çıxışı və Azərbaycan Prezidenti İlham Əliyevin təqdim etdiyi rəsmi şam yeməyində iştirak edəcəyi gözlənilir.







