media-cc39159d-2116-456c-950f-fe51bfb5383a

Türkiyədə tükürpədici hadisə baş verib.

Patrulaz.az “Türkiyə KİV”nə istinadən xəbər verir ki, ana öz qızını boğduqdan sonra biləklərini kəsib.

Samsunun Atakum rayonunda gecə saatlarında 59 yaşlı Sultan Günaydın evin hamamında qızı 34 yaşlı Tuba Bahar Günaydını boğaraq və boynunu sındıraraq vəhşicəsinə qətlə yetirib.

DHA-nın məlumatına görə, ana və qız arasında mübahisə gecə saat 03:30 radələrində yaranıb və sonradan şiddətli davaya çevrilib. İddialara görə, Sultan Günaydın əvvəlcə qızını boğub, sonra boynunu sındıraraq öldürüb. Daha sonra ana hadisəni intihar kimi göstərmək üçün qızının biləyini kəsib və Təcili Yardım Xidmətinə zəng edib.

Hadisə yerinə gələn polis və tibb briqadaları Tuba Günaydının həyatını itirdiyini təsdiqləyiblər. Lakin Məhkəmə-tibbi ekspertizanın ilkin nəticələri onun zorakılıqla öldürüldüyünü sübut edib. Cəsəd yarılma üçün Samsun Ədli Tibb Qrupuna təhvil verilib.

Ana Sultan Günaydın polisə bu ifadəni verib: “Qızım məni hamama çağırdı və qəfil hücum etdi. Özümü müdafiə etməyə çalışdım, -deyə bildirib.
O, həmçinin qızının öldüyünü gördükdə panikaya düşdüyünü və hadisəni intihar kimi təqdim etməyə çalışdığını etiraf edib.

Xatırladaq ki, Tuba Günaydın Sakarya İbtidai Məktəbində psixoloji məsləhətçi kimi çalışıb. Daha sonra o Malatyada şəxsi klinika açsa da, 2023-cü ildə baş verən zəlzələdə klinikası dağılmış və ciddi maddi sıxıntılar yaşamışdı. Sonra Samsuna köçərək müəllim kimi fəaliyyətə başlamışdı.

Qeyd edək ki, atası Malatyada yaşayan gənc müəllimə anası ilə birlikdə qalırdı.
Tuba Günaydının sağlamlıqla bağlı da çətinlikləri olub.
Gözündən əməliyyat keçirib və sağ ayağı qismən iflic olub.

Onun nəşi doğulduğu Malatyaya aparılıb və orada torpağa tapşırılıb.
Hadisə ilə bağlı istintaq davam edir. Sultan Günaydın isə hakim qarşısına çıxarılaraq həbs edilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər