Türkiyədə tarixi an: PKK lideri də silahını yandırdı
Türkiyədə PKK terror təşkilatının bir qrup üzvü silahlarını yandırmaqla tərkisilah olduqlarını elan ediblər.
Patrulaz.az “NTV”yə istinadla xəbər verir ki, bu hadisə İraq Kürd Regional Rəhbərliyinin sərhədləri daxilində yerləşən Süleymaniyyə şəhərində, Dukan bölgəsində baş verib.
Tərkisilah aksiyası Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə həyata keçirilib. Tərkisilah mərhələsində Diyarbəkirdən gəlmiş 150 nəfərlik nümayəndə heyətidən Demokrat Partiyasının (DEM) üzvləri və bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib.
Baş verənləri dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzlərlə jurnalist izləyib. Maraqlı məqamlardan biri də odur ki, yerli rəsmilər jurnalistlərin gözlədiyi ərazini tərk edərək hadisə yerinə doğru hərəkət ediblər.
Prosesə rəsmi münasibət bildirən Türkiyədə “Ədalət və İnkişaf Partiyası”nın sözçüsü Ömər Çelik bu ifadələri işədib:
“Bu gün siyasi tariximizdə tarixi bir gündür. Bu, PKK-nın parçalanması istiqamətində atılmış ilk addımdır. Bu prosesin fasiləsiz davam etməsi və başa çatdırılması böyük əhəmiyyət daşıyır”.
O əlavə edib ki, silahların çatdırılması tezliklə tam başa çatmalıdır və bu məsələ dövlət qurumları tərəfindən tam nəzarətdə saxlanılır.
Qeyd edək ki, yerli vaxtla saat 11:22-də PKK-nın ilk qrupu silahlarını yerə qoyub və binanı yandırmaqla rəmzi olaraq silahlı mübarizədən imtina etdiklərini bildiriblər. Tərksilah olanlar arasında PKK-nın tanınmış liderlərindən Bese Hozatın da olub.






