Türkiyədə zəlzələ oldu
Türkiyədə 3,8 bal gücündə zəlzələ baş verib.
Patrul.az xəbər verir ki, yeraltı təkanlar Aydının Germencik rayonunda qeydə alınıb.
Məlumata görə, zəlzələ saat 06:17-də başlayıb. Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində qeydə alınıb.
Ətraf rayonlarda da hiss olunan zəlzələ qısa müddətli panikaya səbəb olub.






