Türkiyədəki küçələrin birinə dahi bəstəkar Üzeyir Hacıbəylinin adı verildi - FOTOLAR
Ankarada Musiqi və Gözəl Sənətlər Universitetinin daxili küçəsinə dahi bəstəkar Üzeyir Hacıbəylinin adı verilib.
Patrul.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, açılış münasibətilə bu gün universitetdə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim ediləcək.







