media-inshot_20250604_153819641

Şimali Avropa və Baltikyanı ölkələr Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş təşəbbüsləri dəstəklədiklərini bildiriblər.

Patrulaz.az “Report”a istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkələrin nümayəndələrinin Ermənistana səfərinin yekunlarına dair Ermənistan XİN-in yaydığı açıqlamada deyilir.

“Onlar, həmçinin tərəflərin sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması səylərini dəstəkləyib, yaxın zamanda bu sazişi imzalayacaqlarına ümid etdiklərini bildiriblər”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, iyunun 3-də Cənubi Qafqaz regionuna səfər çərçivəsində İslandiya, Norveç, İsveç, Danimarka, Finlandiya, Estoniya, Litva və Latviya rəsmiləri İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan, xarici işlər naziri Ararat Mirzoyan və parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının üzvləri ilə görüşüblər.

Tərəflər Ermənistanın Avropa İttifaqı ilə münasibətləri gücləndirmək istəyini, eləcə də Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər.


Bənzər xəbərlər