media-img_7895

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 2015-2024-cü illərdə iqlim dəyişikliyinin təsirlərinin sürətlə artdığını və bu dövrün “ən isti 10 il” olaraq qeyd edildiyini açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, WMO iqlim dəyişikliyi və onun Yer kürəsinə təsiri ilə bağlı yeni hesabat dərc edib.

Hesabatda iqlim dəyişikliyinin təsirlərinin sürətlə artdığı 2015-2024-cü illər dövrünün “ən isti 10 il” olaraq qeyd edildiyi və 2024-cü ildə qlobal temperaturun 1850-1900-cü illər sənayedən əvvəlki dövrlə müqayisədə ilk dəfə olaraq 1,5 dərəcə selsidən çox artdığı ifadə edilib.

Hesabatda 2024-cü ildə qeydə alınan rekord temperaturların əsas səbəbinin istixana qazı emissiyalarının artması olduğu, planeti soyudan La Nina hava hadisəsinin temperaturun artmasına səbəb olan El Ninoya çevrilməsinin bu yüksəlişi sürətləndirdiyi qeyd olunub.


Bənzər xəbərlər