Valideyn nəzarəti hansı yaş dövrünə qədər vacibdir?
“Müəyyən bir yaş dövrünə, daha doğrusu 18 yaşa qədər valideyn nəzarətinin olması şərtdir. Valideyn nəzarəti zəif olan uşaqların daha çox kopyuter oyunlarına bağlılığını, telefondan çox istifadə etməsini və s. müşahidəm edə bilirik. Bu mövzular son dövrlər üçün aktualdır və elə məhz valideynlərdən ən çox şikayət gələn mövzulardandır. Burada valideynlərin yanaşma şəkli və uşağa nəzarəti önəmlidir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.
O bildirib ki, ümumiyyətlə elektron cihazlar birtərəfli ünsiyyət vasitəsinə bərabərdir. Dünya statistikasına da baxsaq, elektron cihazlardan aslılıq alkoqol aslılıqlar və maddə aslılıqları ilə eyni sırada dayanır. Burada qeyd etdiyim kimi valideynlərin də yanaşma tərzi vacibdir. Bəzən valideynlər düşünür ki, uşağın hər istədiyini etməsək bu onun psixologiyasına pis təsir edər, travma yarada bilər. Ancaq, bu doğru yanaşma üsulu deyil. Hər hansısa bir məsələdə, “Mən istəmişəm olmayıb, amma uşağım bunu yaşamasın” kimi düşüncədə olan və övladlarının hər istədiyini etməyə çalışan valideynlər də var. Belə valideynlər davamlı öz uşaqlığındakı problemləri xatırlayır və uşağının onları yaşamaması üçün hər istədiyini edir və “yox” kəliməsini deyə bilmir. Sonrakı mərhələlərdə belə uşaqların cəmiyyətə adaptasiyası, insanlarla münasibəti və s. kimi məsələlərdə problemlər üzə çıxır. Əksər valideynlər də uşaqlarla vaxt keçirmək yerinə, telefona baxmağı, orda müxtəlif oyunlar oynamağı və ya film izləməyi üstün tutur. Belə olan halda vəziyyət daha da ciddiləşir uşaq nəzarətsiz şəkildə 5-6 saat və bəlkə də daha çox telefondan istifadə edir, sosial şəbəkələrdə olur, oyunlar oynayır. Belə halda uşaq bir müddət sonra oyun aslılığından əziyyət çəkməyə başalayır. Uşaqlarda kompyuter və telefon aslılığı ünsiyyət problemi yaradır. Burada əsas məsələlərdən biri validynin övladı ilə birgə asudə vaxtını səmərəli keçirməsi və zamanın düzgün bölünməsidir.
Doğrudur, bunları tamamilə kəsmək, tamilə uşağı bundan uzaqlaşdırmaq da doğru çıxış yolu deyil. Bu zaman ailəsinə qarşı aqressivləşə, əks davranışlar göstərə bilər. Ancaq, müəyyən məhdudiyyətlər qoymaqla kiçik zaman dilimlərimdə valideyn nəzarəti altında uşaqların istifadəsinə icazə verilə bilər.”
Səbinə Hüseynli