Xaricdə yaşayan diplomatlarımız paytaxta çağırıldılar
Azərbaycanın xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Bakıya dəvət edilib.
Patrulaz.az xəbər verir ki, diplomatlar xarici işlər naziri və nazir müavinləri ilə görüşəcəklər.
Görüş zamanı geosiyasi vəziyyət müzakirə ediləcək.
Qeyd edək ki, birisi gün iyulun 9-da diplomatların peşə bayramıdır. Hər il bu məqsədlə diplomatlar Bakıya toplaşırlar.