Xəstəxananın həyətində ürəyi dayanan şəxs həyata qaytarıldı - VİDEO
Bakıda xəstəxananın həyətində ürəyi dayanan şəxs həyata qaytarılıb.
Patrul.az xəbər verir ki, hadisə Mərkəzi Neftçilər Xəstəxanasının ərazisində baş verib.
Məlumata görə, xəstəxana həyətində olan şəxslərdən birinin qəfil ürəyi dayanıb və o, yerə yıxılıb. Hadisəni görən tibbi heyət dərhal müdaxilə edərək ilkin tibbi yardım göstərib.
Həkimlərin operativ və peşəkar reanimasiya tədbirləri nəticəsində ürəyi dayanan şəxsi həyata qaytarmaq mümkün olub.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.






