Xətai rayonunda baş verən yanğının təfərrüatları - VİDEO
Paytaxtın Xətai rayonu, Xocalı prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Patrul.az-ın məlumatına görə, binanın 1-ci mərtəbəsindən sonuncu mərtəbəsinədək elektrik xətlərində baş vermiş qısaqapanma yanğına səbəb olub.
Hadisə nəticəsində binanın elektrik təchizatı dayandırılıb və sakinlərin təhlükəsizliyi təmin edilib.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Daxili İşlər Nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətinin və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.






