media-inshot_20260217_210818618

Xəzər dənizinin Azərbaycan sahillərində, Bilgəh qəsəbəsi yaxınlığında bir neçə suiti cəsədi aşkarlanıb.

Patrul.az “XezerXeber”ə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Xəzər dənizində ekosistemin müxtəlif səbəblərdən zədələnməsi suitilərin tələfatına səbəb olur.

Coğrafiya üzrə fəlsəfə doktoru Səidə Zeynalova bildirib ki, fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə əsasən, suitilərin sayında antropogen və təbii təsirlər səbəbindən nisbi azalma müşahidə olunur.

Balıqçılıq və Akvakultura Mərkəzi isə “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, məsələ ilə bağlı zəruri tədbirlər görülür. Əraziyə əməkdaşlar cəlb olunub, müvafiq nümunələr götürülərək laborator analizlərə göndərilib.

Bildirilib ki, araşdırmaların nəticələri əldə edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim olunub:

https://youtu.be/-q2Kzbze5jQ?si=Pc2XoSdkGl_E2qOQ


Bənzər xəbərlər