Xırdalanda qanunsuz tikinti iddiaları: ərazidə obyekt barədə lövhə yoxdur - VİDEO
Xırdalan şəhərində qanunsuz tikinti işlərinin aparılması ilə bağlı Patrul.az redaksiyasına məlumat daxil olub. İddialara görə, ərazidə müvafiq icazə sənədləri olmadan ictimai iaşə obyektinin tikintisi həyata keçirilir.
Məlumatı araşdırmaq məqsədilə əməkdaşlarımız qeyd olunan ünvana yollanıblar. Müşahidələr zamanı tikinti aparılan ərazidə obyekt barədə məlumat verən hər hansı məlumat lövhəsinin quraşdırılmadığı müəyyən edilib.
Ərazidə çəkiliş apardığımız zaman bir nəfər yaxınlaşaraq məqsədimizin nə olduğunu və həmin ünvana hansı səbəbdən gəldiyimizi soruşub. Biz isə öz növbəmizdə redaksiyamıza sözügedən tikinti ilə bağlı qanunsuzluq iddialarının daxil olduğunu və məsələni araşdırdığımızı bildirmişik.
Ətraflı süjetdə:






