media-73ead7b4-b3c4-4728-a1dc-188dd77893cd

Sosial şəbəkələrdə təyyarəyə qayçı keçirdiyini nümayiş etdirən tiktokerin videosu geniş müzakirələrə səbəb olub.

Patrul.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Hava Limanı rəsmi açıqlama yayıb.

Bildirilib ki, yayılan videogörüntü aidiyyəti qurumlar tərəfindən araşdırılıb və sərnişinin üzərində olan əşya təhlükəsizlik yoxlaması zamanı qüvvədə olan aviasiya təhlükəsizliyi tələblərinə uyğun şəkildə qiymətləndirilib.

Açıqlamaya əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2025-ci il tarixli qərarına görə, dayaq nöqtəsindən başlayaraq tiyəsinin uzunluğu 6 santimetrdən çox olan qayçıların hava gəmisində daşınması qadağandır.

Hava limanı qeyd edib ki, yoxlama zamanı sərnişində olan qayçının həmin məhdudiyyətlərə aid olmadığı müəyyən edildiyindən onun əl yükündə daşınmasına icazə verilib.

Bakı Hava Limanı həmçinin vurğulayıb ki, təhlükəsizlik yoxlamaları beynəlxalq və milli aviasiya təhlükəsizliyi standartlarına uyğun həyata keçirilir və sərnişinlərin təhlükəsizliyi əsas prioritet olaraq qalır.


Bənzər xəbərlər