Xocalıya növbəti köçkarvanı yola salındı
Köçkünlərin növbəti qrupu Xocalı rayonunun Xanyurdu kəndinə yola düşüb.
Patrulaz.az xəbər verir ki, Xocalı rayonunun Xanyurdu kəndinə daha 62 nəfərdən ibarət 19 ailə yola salınıb.
Bu, köçkünlərin doğma yurdlarına qaytarılması prosesinin növbəti mərhələsidir.
Qeyd edək ki, dövlət və aidiyyəti qurumlar köçkünlərin təhlükəsiz və rahat şəkildə yurdlarına qayıtması üçün bütün zəruri tədbirləri həyata keçirir.







