“XXII Qlobal Bakı Forumu öz niyyətinə çatdı, hədəflərinə nail oldu“- ŞƏRH
“XXII Qlobal Bakı Forumu dünyaya daha bir çağırışdır. Belə ki, Azərbaycan vacib müzakirə platforması kimi öz dəyərini saxlayır və Bakıdan dünyaya yayılan bütün müzakirələr sülh ilə bağlıdır. Təsadüfi deyil ki, bu forumda hər zaman çox əhəmiyyətli insanlar iştirak edirlər, indiki və keçmiş dövlət başçıları, dünya ictimai səsinin simaları yer alır. Sözügedən şəxslər böyük bir həvəslə Bakıya gəlir, dünyaya səslənirlər”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, XXII Qlobal Bakı Forumu öz niyyətinə çatdı, hədəflərinə nail oldu: “Eyni zamanda bu forum Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyevin dünyaya daha bir mesajı oldu ki, dünyanı dəyişmək, həyat keyfiyyətini yüksəltmək lazımdır. Bu mənada ölkələrin biri-biri ilə həmkar olması və qarşılıqlı münasibətlərin qurulması da çox vacibdir. Ermənistan isə bu proseslərdə demək olar ki, yoxdur. Çünki onların gələcəl planları tamamilə fərqlidir və təhlükəsizliyin pozulmasına yönəlib”.