media-inshot_20260406_185831372

İntensiv yağış və yüksək rütubət hava şəraiti təkcə gündəlik həyatı deyil, insan sağlamlığını da birbaşa təsir edən mühüm amillərdəndir. Belə hava şəraitində mikroorqanizmlərin yayılma sürəti artır, allergenlərin miqdarı yüksəlir və xüsusilə xroniki xəstəlikləri olan şəxslərdə şikayətlər daha da güclənə bilər.

Bəs bu cür hava şəraiti infeksiyalar, allergiyalar və xroniki xəstəliklər baxımından insan orqanizminə konkret olaraq necə təsir edir və risklərdən qorunmaq üçün hansı tədbirlər görülməlidir?

Bu barədə ailə həkimi Dr. Pənah Pənahov Patrul.az-a açıqlamasında bildirib ki, intensiv yağış və yüksək rütubət infeksiyaların, allergiyanın və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olaraq, xüsusilə tənəffüs və ürək-damar problemlərini artırır:

“İntensiv yağış və rütubətli hava insan sağlamlığına müİntensiv yağış və rütubətli hava insan sağlamlığına müxtəlif şəkildə təsir edir. Rütubətin artması virus və bakteriyaların yayılmasını asanlaşdırır, buna görə soyuqdəymə və yuxarı tənəffüs yolu infeksiyaları daha çox rast gəlinir. Eyni zamanda, rütubətli mühitdə kif və toz gənələri artır ki, bu da allergiyası olan insanlarda burun tutulması, asqırma və astma əlamətlərini gücləndirə bilər.

Xroniki xəstəlikləri olan şəxslər, xüsusilə astma, bronxit və ürək-damar problemləri olanlar bu hava şəraitinə daha həssas olurlar. Onlarda nəfəs darlığı, halsızlıq və təzyiq dəyişiklikləri müşahidə oluna bilər”.

media-img-20260406-wa0050

Həkim qeyd edir ki, yağışlı havada qorunmaq üçün çöldə az qalmaq, düzgün geyinmək, gigiyenaya əməl etmək və lazım olduqda həkimə müraciət etmək vacibdir:

“Qorunmaq üçün yağışlı havada uzun müddət çöldə qalmamaq, uyğun geyinmək və şəxsi gigiyenaya riayət etmək vacibdir. Allergiyası olanlar dərmanlarını vaxtında qəbul etməli, evdə isə rütubəti azaltmaq üçün otaqları tez-tez havalandırmaq lazımdır. Xroniki xəstəliyi olanlar vəziyyət pisləşərsə, həkimə müraciət etməlidirlər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər