Yaponiyada güclü zəlzələ baş verib
Yaponiyanın Kyuşu adasında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 17:03-də, 26 km dərinlikdə baş verib.
Mütəxəssislər bildirirlər ki, hazırda dağıntılar və insan tələfatı barədə rəsmi məlumat yoxdur.
Xatırladaq ki, Yaponiya dünyanın ən aktiv seysmik zonalarından biridir və burada tez-tez güclü zəlzələlər baş verir.
Gülbəniz Səfərova