media-binaa

Sosial şəbəkələrdə Bakı şəhəri, Yasamal rayonu, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən tarixi binanın söküləcəyi ilə bağlı iddialar yayılıb.

Patrulaz.az xəbər verir ki, sözügedən binanın yaxın vaxtlarda söküləcəyi, hətta yaşayış yerinin üzərinə müvafiq işarələrin qoyulduğu iddia olunur.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi açıqlama verib. Qurumdan bildirilib ki, həmin binanın sökülməsi nəzərdə tutulmur.

“Bildirmək istəyirik ki, 1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib. Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur”.

Komitə əlavə edib ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir.


Bənzər xəbərlər