Yaxın Şərqdə gərginlik artır: İsrail müharibə hazırlıqlarını gücləndirdi
İsrail İranla artan gərginlik fonunda müharibə hazırlıqlarını gücləndirdiyini açıqlayıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş Qərargah rəisi Eyal Zamir məlumat verib.
O bildirib ki, ölkə çoxcəbhəli müharibə şəraitində daim ayıq-sayıq olmalı və qəti qələbəyə hazır vəziyyətdə qalmalıdır. Zamir həmçinin İsrailin hazırda “artmış müharibə hazırlıqları dövründə” olduğunu vurğulayıb.
İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri isə ABŞ-nin İrana hücum edəcəyi təqdirdə Tehranın əsas hədəfinin İsrail olacağını vurğulayıb.






