"Yaxın vaxtlarda Azərbaycanda Türkmənistanın mədəniyyət günlərini təşkil etməyi planlaşdırırıq" - Qurbanqulu Berdiməhəmmədov
“Yaxın vaxtlarda Azərbaycanda Türkmənistanın Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində iki dost və qardaş ölkə arasında xalçaçılıq və xalça toxuma ənənələrinin qorunması və inkişafı istiqamətində birgə fəaliyyətlər həyata keçiriləcək”.
Patrulaz.az xəbər verir ki, bu sözləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı çıxışı zamanı deyib.
Türkmənistan rəsmisi Azərbaycan və Türkmənistan arasında xalçaçılıq sənəti ilə yanaşı, atçılıq sahəsində də birgə tədbirlərin həyata keçiriləcəyini vurğulayıb:
“Bununla yanaşı, xüsusilə “Ahal Təkə” və “Qarabağ atları” olmaqla qədim at yetişdirmə sənətinin yenidən canlandırılması da nəzərdə tutulur. Bu təşəbbüslərin Azərbaycan və Türkmənistan arasında mədəni əlaqələrin daha da dərinləşməsinə mühüm töhfə verəcəyi gözlənilir. Qardaş ölkələrin mədəni yaxınlığını gücləndirən bu kimi tədbirlərin digər türk ölkələrində də həyata keçirilməsi məqsədəuyğun hesab olunur”.






