media-shixlinski-saxlanilmasi

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu əməliyyatçını vurmağa cəhd etdiyi üçün saxlanılıb.

Patrulaz.az xəbər verir ki, bu barədə “Mash” telegram kanalı məlumat yayıb.

Yekaterinburqda hüquq-mühafizə orqanı əməkdaşını avtomobillə vurmağa çalışdığı iddia edilən şəxsin Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvala Şıxlinskinin olduğu məlum olub. O, əməliyyat zamanı saxlanılıb.

Bundan əvvəl həmin bölgədə Uralda Azərbaycan diasporunun rəhbəri olan Şahin Şıxlinski də hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Məlumatı Federal Polis və Biznes Kontrol (FPBK) rəhbəri təsdiqləyib.

Qeyd edək ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb, məsələ üzrə istintaq tədbirləri davam etdirilir.


Bənzər xəbərlər