Yekaterinburqda həbs edilən Ayaz Səfərov və Şahin Lalayev verilən qərara etiraz etdilər
Yekaterinburqda keçmiş illərdə qətl törəkməkdə ittiham olunan Ayaz Səfərov və Şahin Lalayev qərara etiraz ediblər.
Patrulaz.az xəbər verir ki, bu barədə TASS-a informasiyanı Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti verib.
Əvvəllər Yekaterinburqun Leninsk rayon məhkəməsi 8 azərbaycanlını – Ayaz, Akif, Məzahir, Kamal və Bəkir Səfərovları, Əhliman Gənciyev, Şahin Lalayev və Əziz Abasovu həbs edib. Akif Səfərov da daha əvvəl həbs qərarına etiraz edib.
“Ayaz Səfərov və Şahin Lalayevlə bağlı vəkillərdən apellyasiya şikayətləri daxil olub”, – deyə agentliyin müsahibi bildirib.
Qeyd edək ki, Ayaz Səfərov və Şahin Lalayev 19 iyuladək həbs ediliblər.