Yəməndəki husilər 4-cü dəfə ABŞ-ın təyyarəsini hədəfə alıb
Yəməndə İranın dəstəklədiyi husilər son 72 saatda Qırmızı dənizdə 4-cü dəfə USS Harry Truman təyyarə gəmisini hədəf aldıqlarını açıqlayıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda İsraildəki hərbi hava bazasının ballistik raketlə hədəf alındığına dair məlumatlar da yer alıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə İranın dəstəklədiyi husilərə qarşı əməliyyatın davam etdiyini açıqlasa da, husilər yenidən ABŞ gəmisini hədəf aldıqlarını açıqlayıb. Husilərin silahlı qanadının sözçüsü Yəhya Sari açıqlamasında Qırmızı dənizdə ABŞ-a məxsus USS Harry Truman təyyarə gəmisinin son 72 saatda 4-cü dəfə hədəf alındığını, əməliyyatda Yəmənə qarşı hava hücumunun da qarşısı alındığını, daha çox döyüş gəmisinin qanadlı raketlər və İHA-larla hədəf alındığını bildirib.