media-inshot_20251105_123413241

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakıda Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Patrul.az “Teleqraf”a istinadən xəbər verir ki, parada hazırlıqla bağlı Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.

Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

Hazırlıq prosesindən fotoları təqdim edirik.

media-parad1media-para1


Bənzər xəbərlər