Zelenski: Bu gün prezident Trampla görüşəcəyəm
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, bu gün ABŞ prezidenti Donald Trampla telefonla görüşərək Rusiya-Ukrayna müharibəsinə son qoymaqla bağlı məsələləri müzakirə edəcək.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Finlandiyada rəsmi təmaslar aparan Zelenski Finlandiya prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransı keçirib.
Zelenski buradakı çıxışında Trampın dünən Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın Ukraynanın enerji infrastrukturlarına hücumlarını davam etdirdiyini qeyd edib.