"Zelenski onların mövqeyi olmadan addım da atmır" - Sabiq səfir
“Zelenski Avropa liderlərinin əvvəlcədən müəyyən edilmiş mövqeyi olmadan bir addım da atmır”.
Patrul.az xəbər verir ki, bunu İtaliyanın Ermənistandakı keçmiş səfiri, müxalifətdə olan parlamentdənkənar Suveren Xalq Demokratiyası Partiyasının nümayəndəsi Bruno Skapini deyib.
O, Ukraynanı Moskva–Kiyev müharibəsinə səthi yanaşmaqda, eyni zamanda Qərb liderlərinə arxalanmaqda ittiham edib:
“Ukrayna münaqişənin həlli ilə bağlı danışıqlara daha zəif mövqedən yanaşır. Kiyev rejiminin lideri Vladimir Zelenski isə Rusiya ilə hərbi qarşıdurmanın davam etməsində maraqlı olan Qərb liderləri tərəfindən dəstəklənir”.
Sabiq səfir həmçinin Zelenskinin qərarlarının Avropadan asılı olduğunu bildirib:
“Zelenskinin əlində, şübhəsiz ki, daha az kart var. Düşünmürəm ki, Zelenski danışanda Ukrayna özü danışır”.






