media-c3d72299-e6c2-40e0-8abe-f06060e2e791

Ukrayna prezidenti Vladimir Zelenski Donetsk vilayətində döyüşlər zamanı Rusiya tərəfində iştirak edən iki Çin vətəndaşının əsir götürüldüyünü açıqlayıb

Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, Ukrayna tərəfi onların şəxsiyyətini müəyyənləşdirən sənədləri, bank kartlarını və digər şəxsi məlumatları əldə etdiyini bildirib.

Zelenski Telegram hesabında yazıb ki, Rusiya ordusunun tərkibində iki nəfərdən çox Çin vətəndaşı ola bilər: “Bizim məlumatımız var ki, işğalçının bölmələrində iki nəfərdən çox Çin vətəndaşı var. Biz indi bütün faktları öyrənirik.” O əlavə edib ki, Ukraynanın xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlamaq və Çinin bu məsələ ilə bağlı mövqeyini öyrənmək tapşırılıb.

Dövlət başçısı məsələ ilə bağlı bəyanatında bildirib: “Rusiyanın Çini birbaşa və ya dolayısı ilə Avropadakı bu müharibəyə cəlb etməsi Putinin müharibəni bitirməkdən başqa hər şeyi edəcəyinə açıq işarədir. O, döyüşü davam etdirməyin yollarını axtarır”.

Xatırladaq ki, Ukraynanın ələ keçirdiyini iddia etdiyi Çin vətəndaşlarının rəsmi Çin hərbçiləri, yoxsa fərdi şəkildə döyüşə qoşulan könüllülər olduğu bəlli deyil. Qərb rəsmiləri CNN-ə bildiriblər ki, hazırda onların döyüşə dövlət dəstəyi ilə qatıldıqlarına dair sübut yoxdur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər