109.000 avroluq avtomobili ilə zibil qutularının qarşısını kəsən müəllim
Ötən günlərdə şəhərin küçələrindən birində zibil qutularının önündə saxlanılan avtomobil sakinlərin narahatlığına səbəb olub.
Patrulaz.az-a verilən məlumata görə, 10-00-512 dövlət qeydiyyat nişanlı “Porsche” markalı avtomobilin sahibi “Baku School” təhsil müəssisəsində riyaziyyat müəllimi işləyən “AKHMEDOV MADZHIT” adlı şəxsdir. Avtomobilin həmin yeri zəbt etməsi səbəbindən ərazidə yaşayan insanlar da məişət tullantılarını atmaqda çətinlik çəkiblər. Sakinlər qeyd edirlər ki, belə halların qarşısının alınması vacibdir. Yol hərəkəti qaydalarına əsasən, şəhər ərazisində zibil konteynerlərinin qarşısında avtomobil saxlamaq qadağandır və bu, cərimə ilə nəticələnə bilər.
Qeyd edək ki, riyaziyyat müəliminin sürdüyü bu avtomobilin qiyməti 109.000 avrodur.